Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

14.12.2018
2203
Paylaş:

"ABU"  Arenada  keçirilən  Azərbaycan  kuboku  turnirində  iştirakçılar  əvvəlcə  qrup  mərhələsində  qüvvələrini  sınayırlar.  Budəfəki  yarışda  5  qadın,  4  kişi  komandası  qələbə  uğrunda  mübarizə  aparır.

Qadınların  turnirinin  açılış  matçında  “Qarabağ”  və  “İdman  Akademiyası”  kollektivləri  üz-üzə  gəliblər.  İmkanları  daha  yüksək  qiymətləndirilən  “Qarabağ”  gözlənildiyi  kimi  görüşü  qələbə  ilə  başa  vurub  –  37:25.

Kişi  həndbolçuların  yarışında  isə  ilk  oyun  günü  iki  qarşılaşma  olub.  "U-16"  –  “Məhsul”  görüşündə  nominal  meydan  sahiblərinin  uduzacağı  şübhə  doğurmurdu.  Daha  təcrübəli  rəqibin  həmlələrinə  tab  gətirə  bilməyən  yeniyetmə  həndbolçular   böyük  hesablı  məğlubiyyətlə  barışıblar  –  21:41.

Yarışın  digər  favoriti  -   “Bakı”  da  turnirə  qələbə  ilə  başlayıb.  Paytaxtın  eyni  adlı  komandasının  “Təhsil”  kollektivi  ilə  görüşü  gərgin  mübarizə  ilə  yadda  qalıb.  İmkanlardan  daha  səmərəli  faydalanan  “Bakı”  40:30  hesabı  ilə  qalib  gəlib.

Qeyd  edək  ki,  qrup  mərhələsinə  dekabrın  16-da  yekun  vurulacaq.

Azərbaycan  kubokunun  yarımfinal  və  final  görüşləri  isə  gələn  ilin  mart  ayında  təşkil  olunacaq.

 

Digər Xəbərlər

“Azərsu” üçüncü dövrəyə qələbə ilə başladı

2382 24.01.2019

Azərbaycan çempionatında növbəti turun oyunları olacaq

1002 14.02.2025

"Kür" Azərbaycan kubokuna sahib çıxdı

1051 24.05.2025

“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

2076 17.04.2022

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq

1997 15.08.2017

Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51

1213 15.10.2024

Olimpiya çempionumuzun yubileyi qeyd olunub

1860 31.10.2023

Həndbolçularımız Bolqarıstanda ilk qələbəni rəsmiləşdiriblər

2136 13.06.2017