Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb.“ABU Arena”da təşkil olunan oyunlardan “Azəryol” – “Azərsu” qarşılaşması daha çox diqqət çəkib. Gərgin mübarizə şəraitində keçən görüşdə çempionluğa əsas namizədin imkanları yüksək qiymətləndirilsə də, yüksək əzmkarlıq göstərən “Azəryol” çətin qələbə qazanıb – 26:22.
“Gənclərbirliyi” – “İdman Akademiyası” matçı nominal qonaqların qələbəsi ilə nəticələnib – 30:32.
“Qarabağ” komandası isə həftəsonu Gürcüstanın “Olimpiya” kollektivi ilə keçirdiyi hər iki qarşılaşmanı qələbə ilə başa vurub - 33:23 və 42:18.
Məğlubiyyətə baxmayaraq “Azərsu” 14 xalla çempionatın vahid lideridir. Onun ən yaxın izləyicisi “Azəryol” vacib qələbə sayəsində aktivinə 8-ci xalı yazdırıb. Qoşa oyunlarda qələbə çalan “Qarabağ” da eyni xala malikdir. “İdman Akademiyası” növbəti məğlubiyyətlə barışan “Gənclər Birliyi” üzərində qələbə ilə xal sayını 5-ə çatdırıb.
İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda
2093
30.01.2019
"Azəryol" çətin dueldən qalib ayrıldı
903
19.04.2025
Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək
1259
11.09.2024
Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı
1667
18.12.2023
Komandalarımızın rəqibləri müəyyənləşdi
2005
18.07.2023
Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı
2123
07.10.2017
Klublarımızın rəqibləri müəyyənləşdi
1410
16.07.2024
Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
1883
05.08.2023