“Challenge Trophy” turnirində finalçılar müəyyənləşib

03.06.2018
1383
Paylaş:

Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  qızlar  arasında  keçirilən  “Challenge  Trophy”  yarışının  finalçıları  məlumdur.

Yarımfinal  görüşündə  Lüksemburq  seçməsinə  32:20  hesabı  ilə  qalib  gələn  Belçika  komandası  həlledici  mərhələyə  yüksəlib.  Digər  finalçı  isə  Estoniya  kollektivini  30:24  hesabı  ilə  üstələyən  Bosniya  və  Herseqovina  kollektividir.  Bürünc  medalların  sahibi  Lüksemburq   -  Estoniya  matçında  məlum  olacaq.

Günün  paralel  keçirilən  digər  oyunlarında  Azərbaycan  komandası  Moldova  millisinə  22:32  hesabı  ilə  uduzub.  "KSPC  Mejdan"  arenada  keçirilən  görüşdə  “söz  sahibi”  Bosniya  və  herseqovinalı  İvan  Dzolic  və  İvan  Sarac  olub.  Avropa  Həndbol  Federasiyasını  isə  rusiyalı  Luidmila  Bodnieva  və  avstriyalı  Helmut  Ville  təmsil  edib.

Kipr   -  Böyük  Britaniya  matçında  ada  təmsilçiləri  növbəti  məğlubiyyətlə  barışıblar  -  19:24.

Təsəlliverici  görüşlərdə  Moldova   Kiprlə,  Azərbaycan   Böyük  Britaniya  ilə  qarşılaşacaq.  Nəticələrə  əsasən,  5-6  və  7-8-ci  yerlərin  sahibləri  məlum  olacaq.

Xatırladaq  ki,  yarışa  iyunun  3-də  yekun  vurulacaq.

Digər Xəbərlər

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

1715 19.11.2022

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Litva - Azərbaycan 41:26

885 03.03.2024

“Nur” daha bir inamlı qələbə qazanıb

1407 25.02.2018

AHF-də yeni mövsüm müzakirə olundu

674 07.08.2024

Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51

505 15.10.2024

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Azərbaycan - Bolqarıstan 25:48

1192 13.10.2023

Avropa çempionatı: ESP (İspaniya) - LUX (Lüksemburq) 33:13

1346 07.08.2023

Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib

1561 27.03.2022