Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib.
Ölkə çempionu “Bakı” ilə “Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz “Məhsul” isə Gürcüstanın “U-20” komandasını məğlubiyyətə uğradıb - 30:26.
Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. “Bakı” Gürcüstanın “U-20” komandasına 36:34, “Məhsul” isə “Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.
Xatirə turnirinə mayın 11-də yekun vurulacaq. Yarışın sonuncu günü “Batumi” kollektivi Gürcüstanın “U-20” komandası ilə, “Bakı” həndbolçuları isə “Məhsul”la üz-üzə gələcəklər.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
“Bakı” liderlə xal fərqini aradan qaldırdı
906
29.04.2024
Ölkə çempionu əsas rəqibinə qalib gəldi
1629
21.10.2019
Qadın həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra ən çox qol vuranların siyahısı
1081
29.12.2023
Milli komandamız Maltaya yollanır
1671
08.01.2019
"Məhsul" Avrokuboklarda mübarizəyə qatılır
1564
03.10.2019
“Kür” çempionluğa doğru addımlayır
225
13.02.2025
Qonaqlar Mingəçevirdən əliboş döndülər
242
16.02.2025
Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək
1332
16.08.2017