Həndbol üzrə Azərbaycan çempionatında birinci dövrə yekunlaşıb

20.02.2017
1527
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatında  ilk  dövrə  başa  çatıb.

Son  oyun  günündə  iki  qarşılaşma  olub.  Kişilərin  mübarizəsində  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  komandası  “Nəsimi”ni  26:23,  “Məhsul”  isə  “Təhsil”i  32:16  hesabı  ilə  məğlub  edib.

İlk  dövrənin  nəticələrinə  əsasən,  qadın  komandaların  yarış  cədvəlinə  6  xalla  “Azəryol”  başçılıq  edir.  “Nur”  4  xalla  ikinci,  “Qarabağ”  2  xalla  üçüncüdür.  Keçirdiyi  oyunlarda  xal  toplamağı  bacarmayan  “Gənclər  Birliyi”  komandası  sonuncu  pillədə  qərarlaşıb.  Kişi  həndbolçuların  mübarizəsində  aktivində  6  xal  olan  “Məhsul”  liderdir.  “Təhsil”  4  xalla  ikinci,  RİOEUGİM  2  xalla  üçüncüdür.  Sonuncu  pillədə  qərarlaşan  “Nəsimi”  komandasının  aktivində  xal  yoxdur.

Qeyd  edək  ki,  ölkə  çempionatının  ikinci  dövrəsinə  mart  ayında  start  veriləcək.

Digər Xəbərlər

Azərbaycan çempionatı, VII tur: “Kür”- “Azəryol” 32:23 (17:8)

411 09.12.2024

Favoritlər asan qələbə qazanıblar

1389 14.04.2018

Bu gün Yel çərşənbəsidir

210 11.03.2025

Qadın həndbolçulardan ibarət millimiz “Bakı-2017”nin qalibidir

1349 14.05.2017

Yeniyetmə həndbolçular ölkənin ən güclüsünü müəyyənləşdirəcək

755 27.06.2024

Qadın həndbolçuların Avrokubok turnirlərinin püşkatma mərasimi keçiriləcək

1378 17.07.2017

Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər

1262 01.05.2017

“Kür” yenidən zirvəni ələ keçirdi

794 29.04.2024