Hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər

04.11.2017
1478
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimlərimiz  qitə  miqyaslı  yarışlara  təyinat  alıblar.

İsgəndər  Əsgərov  qadınlar  arasında  Avropa  Həndbol  Federasiyası  (AHF)  kubokunun  “Astraxanoçka”-“Kuban”  (hər  ikisi  Rusiya)  matçında  EHF  nümayəndəsi  kimi  hakimlərin  işini  qiymətləndirəcək.  Noyabrın  11-də  “Astraxan”  arenada  keçiriləcək  görüşü  Bosniya  və  Herseqovinadan  olan  Aman  Konjicaninlə  Dino  Konjicanin  idarə  edəcək.

Emil  və  Ernest  Ağakişi  qardaşları  isə   noyabrın  12-də  qadın  həndbolçuların  “Çağırış  kuboku”  turnirinin  “Meadilon  /VZV”  (Niderland)  -  “Rokasa  Qran  Kanaria  ACE”  (İspaniya)  görüşündə  ədaləti  təmsil  edəcəklər.  “Alkmaar”  arenada  təşkil  olunacaq  oyunda  EHF  nümayəndəsi  lüksemburqlu  Paul  Nesser  onların  işinə  qiymət  verəcək.

Digər Xəbərlər

Həndbol hakimimiz beynəlxalq sertifikata layiq görülüb

1517 07.11.2017

Azərbaycan çempionatında VII turun oyun cədvəli

1051 10.01.2024

“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb

1443 21.02.2023

İsgəndər Əsgərov Bolqarıstan -Türkiyə oyununa təyinat alıb

1149 27.02.2024

Azərsu – Olimpiya Tbilisi

1716 07.10.2018

“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

765 20.04.2024

“Povazska Bistrika”-“Madeira Andebol” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər

1481 26.01.2018

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

217 01.03.2025