Minayə Məmmədova: “Komandada dəyişikliklərin olması daha çox uğur qazanmağımıza imkan yaradacaq”

24.09.2025
548
Paylaş:

Yeni mövsümdə “Kür” komandasının şərəfini qoruyacaq Minayə Məmmədova handball.az-a müsahibə verib.
- "Qarabağ"ı "Kür"ə dəyişməyinizdə əsas məqsəd nə oldu?
- Özümü yeni klubda sınamaq istədim və mənə “Kür” komandasından təklif gəldi. Fikirləşdim ki, bu klub daha perspektivlidir və ona görə də “Kür”ə keçdim.
 - Ötən mövsüm "Kür" ölkə çempionatında mükafatçılar sırasına çıxsa da, qızıl medal qazana bilmədi. Necə düşünürsünüz, sizin komandaya gəlişiniz bu istiqamətdə hər hansı irəliləyişə nail ola bilərmi?
- Təkcə mənim gəlişim yox, ümumiyyətlə, komandada çoxlu dəyişikliyin olması bu mövsümdə bizim daha çox uğur qazanmağımıza imkan yaradacaq.
- "Kür"ün heyətində Avropa kubokunda çıxış edəcəksiniz. Mingəçevir klubunun qitə yarışında çıxışından nə gözləmək olar?
- Bildiyiniz kimi, biz məşqlərə avqust ayının əvvəlindən başlamışıq.  Əvvəlcə fiziki hazırlıq üzərində çalışdıq, daha sonra isə zal məşqlərimiz oldu. Püşkdən sonra Portuqaliyanın “San-Pedru-du-Sul” komandası ilə qarşılaşacağımız məlum oldu. Biz dərhal rəqibi analiz etməyə başladıq. Hazırda da bu prosesi davam etdiririk. Taktikamızı qururuq və düşünürəm ki, məşqlərdə göstərdiyimiz əzm və birlik bu komandaya qarşı yaxşı çıxış etməyimizə kömək edəcək. İnşallah hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə edəcəyik.

Digər Xəbərlər

Azərbaycan çempionatı: III tur

1615 29.09.2024

Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

2301 02.03.2023

"Nur" - "Azərsu" oyununda qalib müəyyənləşmədi

2382 30.03.2018

5-6-cı yer uğrunda: “Kür “(Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) 34:27

1411 31.08.2024

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 5-ci İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatına layiq görülüb

2382 14.08.2022

Klublarımızın rəqibləri müəyyənləşdi

1586 16.07.2024

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

1757 22.04.2024

"Azəryol" - "Azərsu" görüşündə gərgin mübarizə

2400 05.12.2019