Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 5-ci İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatına layiq görülüb

14.08.2022
2382
Paylaş:

Həndbolçularımız  finalda  Türkiyə  seçməsi  ilə  qarşılaşıblar.

Konya  Səlcuqlu  Bələdiyyəsi  Beynəlxalq  İdman  Kompleksində  keçirilən  oyun  gözlənildiyi  kimi  gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  İlk  dəqiqələrdən  təşəbbüsə  yiyələnən  milli  hesabda  irəli  çıxsa  da,  fasiləyə  tədricən  vəziyyəti  dəyişməyi  bacaran  Türkiyə  seçməsi  üstün  yollanıb  -  14:10.

Rəqibin  ikinci  hissənin  əvvəlində  təşkil  etdiyi  məhsuldar  hücumlar  oyunun  sonrakı  gedişatına  təsirsiz  ötüşməyib.  Həndbolçularımız  çox  çalışsalar  da  fərqi  aradan  qaldıra  bilməyiblər.  24:30  hesabı  ilə  uduzan  Azərbaycan  millisi  İslamiadanın  gümüş  medallarına  sahib  olub.

 

 

                                       

Digər Xəbərlər

Hakimlərimiz beynəlxalq oyunda

2289 13.10.2019

Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq

2457 07.10.2017

Azərbaycan çempionatında 5-ci turun oyunlarının vaxtı

2075 13.12.2023

Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

2443 27.03.2022

Qadın həndbolçulardan ibarət “Nur” komandası İsveçin “Luqi HK” kollektivinə qalib gəlib

2335 17.09.2017

Qadın həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar

2267 05.03.2018

“Kür” çempionluğa doğru inamla irəliləyir

1552 06.05.2024

Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)

1230 01.12.2024