Ləman Həmidova: "Hər zaman xəyallarımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi"

22.09.2025
454
Paylaş:

Mən və bacım 12 yaşımızda həndbolla məşğul olmağa başladıq. Təəssüf ki, 17 yaşında olarkən hər ikimiz zədə alandan sonra oyunçu karyeramızı başa vurduq. Fikirləşirdik ki, biz idmana davam edə bilməyəcəyik. Lakin həndbola olan sevgimiz bu idman növündən kənarda qalmağımıza imkan vermədi və belə olan halda hakimliyə qərar verdik. Hər zaman xəyallarımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi. O vaxtları bizim yaşadığımız evdən həndbol zalına nə az, nə çox düz 40km məsafə var idi. Biz zala həvəslə gəlirdik və o cümlədən beynəlxalq hakimlərin oyun idarəçiliyinə maraqla baxırdıq. Bununla da hakimliklə bağlı bir çox şeylərə yiyələndik. Mən Azərbaycan Həndbol Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Federasiya nümayəndələri bu işdə bizə böyük dəstək oldular. Beləliklə, biz 2020-ci ildən Azərbaycan birinciliyində hakimlik etməyə başladıq. Bir daha qeyd edim ki, bizim hakim kimi formalaşmağımızda federasiyanın böyük rolu var. 2023-cü ildə Avropa Gənc Hakimlər statusunu aldıq. 2024-2025-ci illərdə hakimlik kurslarından sonra Avropa Həndbol Federasiyası bizi beynəlxalq hakim kimi nazimədliyimizi qeydə aldı. Bu bizim üçün çox qürurverici hadisədir. Hazırda bu qərarın təsdiqini səbirsizliklə gözləyirik. İnanırıq ki, biz beynəlxalq hakim kimi də dünya arenalarında ölkəmizi layiqincə təmsil edəcəyik.

Digər Xəbərlər

Kişi həndbolçularımız Gürcüstana yollanacaqlar

2108 24.02.2018

Kişi həndbolçularımız Gürcüstan klubu ilə üz-üzə gəliblər

2191 03.06.2017

“Nur” növbəti qələbəsini qazanıb

2160 15.03.2018

“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib

1876 12.11.2017

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

2152 12.12.2023

Həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub

2057 30.01.2023

Həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər

2160 17.04.2021

Avropa Kuboku: “Brixen” (İtaliya) - “Azəryol” (Azərbaycan) 37:19

1793 21.10.2023