Qazaxıstan klubu Bakıda hazırlıq keçir

01.11.2024
1629
Paylaş:

Qazaxıstanın kişi həndbolçulardan ibarət “Turan” komandası Bakıda təlim-məşq toplanışındadır. Məqsəd qarşıdakı yarışlara daha səmərəli hazırlaşmaq, təcrübə mübadiləsi və yoxlama oyunları keçirməkdir. Xatırladaq ki, bu, Qazaxıstan təmsilçisinin ölkəmizdə ilk təlim-məşq toplanışıdır.  “AHF Arena” idman kompleksində təşkil olunan hazırlıq prosesinə “Turan” komandasının 25 həndbolçusu qatılıb. Baş məşqçi Maksad Narmetovun rəhbərlik etdiyi kollektiv artıq ilk yoxlama görüşündə qüvvəsini sınayıb. “Azəryol” klubu ilə qarşılaşma komandamızın 34-28 hesablı qələbəsi ilə yekunlaşıb.


“Turan”ın ölkəmizin digər klubları ilə də yoxlama oyunları keçirməsi nəzərdə tutulub. Təlim-məşq toplanışına noyabrın 6-da yekun vurulacaq.

Digər Xəbərlər

İsgəndər Əsgərov növbəti təyinatlar alıb

2457 06.10.2022

Favoritlər qələbə qazandılar

2733 26.10.2019

Favoritlərdən növbəti qələbələr

2900 10.03.2019

Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar

2734 13.04.2017

Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

2276 03.07.2024

Final mərhələsində daha 3 oyun keçirilib

1448 01.02.2025

Seçmə komandamız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək

2791 08.04.2019

Ölkə çempionatı: IX turun nəticələri

226 28.02.2026