Azərbaycan çempionatı: Lider “Kür” mövqeyini möhkəmlədib

15.01.2024
2085
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında 7-ci turun oyunları keçirilib.
Kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb.
“Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28.
Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26.
Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyni adlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25.
“Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16.
7-ci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Digər Xəbərlər

Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib  

2913 07.12.2018

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

2368 07.08.2023

Avropa kuboku: Bakı (Azərbaycan) - Lovçen Çetine (Monteneqro) 21:41

1877 26.10.2024

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

1393 31.03.2025

Ölkə çempionatı: "Kür" - "Azəryol" 31:26 (17:11)

278 18.01.2026

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

2853 09.09.2017

Həndbolçularımız Ukraynada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

2637 10.04.2017

Azərbaycan çempionatında VI turun cədvəli

1802 27.11.2024