Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

06.01.2024
221
Paylaş:

Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və ondan kiçik təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Belə yarışların keçirilməsinin vacibliyini vurğulayan mütəxəssis komandalara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Dövlət himni səsləndirilib. 
Ardınca komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən geyim dəstləri və toplar hədiyyə edilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara komandaları mübarizə aparıb.
İki gün davam edən zona yarışlarının nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib. 
Həlledici qarşılaşmada Lənkəran komandasına 13:4 hesabı ilə qalib gələn Cəlilabad kollektivi baş mükafatın sahibi olub.
3-cü yeri Masallı – Lerik görüşündə qələbə qazanan Lerik komandası tutub.
Astara həndbolçuları isə Yardımlı komandası ilə 5-6-cı yerlər uğrunda oyundan qalib ayrılıblar.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Digər Xəbərlər

"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir

714 05.03.2020

İsgəndər Əsgərov yeni təyinat alıb

798 25.11.2021

20 Yanvar Ümumxalq Hüzn Günüdür

155 20.01.2024

VII tur: Azəryol - Qarabağ 28:27

179 21.01.2024

Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

164 19.02.2024

Seçmə komandamız beynəlxalq turnirə qatılacaq

880 20.02.2019

İsgəndər Əsgərovun 60 yaşı tamam olur

852 02.06.2019

Orxan Abbasova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

734 22.12.2021