Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb

29.01.2023
2652
Paylaş:

Milli komandanın 2026-cı il Avropa çempionatının ilkin təsnifat oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranan fasilə başa çatıb. Yarışın 11-ci turunda “AHF Arena”nın meydançasına əvvəlcə U-16 və RİOEUGİM komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib. “Təhsil” – “Bakı” matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan “Təhsil” görüşü qələbə ilə başa çatdırıb – 26:24. Daha böyük maraqla gözlənilən “İdman Akademiyası” – “Dinamo” qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” rəqibin ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını növbəti qələbə ilə sevindirib – 27:25
Çempionatın 12-ci turunda RİOEUGİM “U-16” ilə oyunda revanş almağı bacarıb - 24:19. Çempionluq uğrunda yarışan “Dinamo” “İdman Akademiyası” ilə oyunda bu istəyini reallaşdıra bilməyib. 12-ci turun oyunu “tələbələrin” 32-31 hesablı qələbəsi ilə nəticələnib. “Bakı” – “Təhsil” görüşündə isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub – 25:34.
Yarış cədvəlinə 21 xalla İdman Akademiyası başçılıq edir. Məhsul ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla Təhsil qapayır. Dinamo 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. Bakı 1 xalla son pillədə qərarlaşıb.

Digər Xəbərlər

Ölkə çempionatı: XI turun ilk oyun gününün nəticələri

251 16.03.2026

Təcrübəli referimiz yeni təyinat alıb

2550 25.02.2018

İslamiada: Azərbaycanın kişi həndbolçuları beşinci yeri tutublar

3016 12.05.2017

Millimiz Dünya çempionatına qatılacaq

2563 24.04.2023

Final mərhələsində daha 3 oyun keçirilib

1443 01.02.2025

Azərbaycan - Qətər oyunu oyunu ləğv olundu

444 13.11.2025

Ramazan bayramınız mübarək!

227 20.03.2026

Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində ilk oyuna çıxıblar

2509 30.05.2018