Həndbolçularımız İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər

06.08.2022
2622
Paylaş:

İslam  Həmrəyliyi  Oyunlarında  təmsilçilərimizin  mükafatlara  namizəd  sayıldığı  idman  növlərindən  biri  də  həndboldur.  Seçmə  komandalarımız  artıq  yarışın  keçiriləcəyi  Konya  şəhərindədir.

Həndbolçularımız  mübarizəyə  avqustun  7-də  qoşulacaqlar.  Həmin  gün  qadınlardan  ibarət  milli  Kamerun  seçməsi  ilə  üz-üzə  gələcək.  Avqustun  9-da  Əfqanıstan  komandası  ilə  qarşılaşacaq  komandamız,  qrup  mərhələsinin  avqustun  11-də  olacaq  son  turunda  İran  kollektivi  ilə  görüşəcək.

Kişi  həndbolçulardan  ibarət  seçməmiz  mübarizəyə  avqustun  10-da  Türkiyə  komandasına  qarşı  oyunla  start  verəcək.  Avqustun  12-də  isə,  həndbolçularımız  İran  millisi  ilə  qarşılaşacaqlar.
Həndbol  yarışlarında  yarımfinal  görüşləri  avqustun  13-də,  mükafatlar  uğrunda  oyunlar  avqustun  14-də  olacaq.

Xatırladaq  ki,  Konyada  keçiriləcək  mötəbər  yarışa  avqustun  18-də  yekun  vurulacaq.

Digər Xəbərlər

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

2688 08.12.2018

Həndbol üzrə Azərbaycan çempionatında mübarizə davam edir

2770 17.02.2017

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan-Moldova 28:29

1513 16.03.2025

Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib

2442 09.08.2023

“Azəryol” beynəlxalq turnirin qalibi oldu

1843 01.09.2024

Ölkə çempionatında növbəti oyunlar olub

2460 03.12.2022

18 noyabr 2023-cü il tarixində Azərbaycan çempionatı üzrə keçirilən oyunların nəticələri

2553 18.11.2023

Həndbolçularımız beynəlxalq turnirə qatılıblar

2581 07.02.2018