"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

02.03.2019
1046
Paylaş:

Kişi  həndbolçuların  ölkə  kubokunda  finalçılar  müəyyənləşib.  Həftə  sonu  keçirilən  yarımfinal  mərhələsində  “Bakı”  U-16  üzərində  inamlı  qələbə  qazanıb.  Yeniyetmə  həndbolçular  çox  çalışsalar  da,  böyük  hesablı  məğlubiyyətdən  qurtula  bilməyiblər.  “Bakı”nın  tam  üstünlüyü  ilə  keçən  qarşılaşma,  49:26  hesabı  ilə  nəticələnib.

Günün  digər  görüşü  daha  gərgin  mübarizə  ilə  yadda  qalıb.  “Məhsul”  –  “Təhsil”  matçında  birincilərin  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılmayıblar.  Meydançaya  qələbə  üçün  çıxan  “Məhsul”  həndbolçuları,  azarkeşlərinin  etimadını  doğruldublar  –  32:28.

Beləliklə,  martın  30-da  keçiriləcək  final  görüşündə  “Bakı”  və  “Məhsul”  komandaları  kubokun  sahibini  müəyyənləşdirəcəklər.

Digər Xəbərlər

Avropa çempionatı: LUX (Lüksemburq) - GRE (Yunanıstan) 23:30

634 10.08.2023

Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir

1141 31.07.2018

Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start veriləcək

981 15.12.2017

Nasser Salimi: Azərbaycan gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib

861 17.06.2022

"Azərsu"nun çempionluğu rəsmiləşdi

927 26.04.2018

Saleh Məmmədov EHF rəhbərliyi ilə görüşüb

284 28.05.2024

IX turun oyun cədvəli

423 30.01.2024

Azərbaycan Kuboku: 1/2 final mərhələsinin nəticələri

270 27.05.2024