Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib

15.10.2018
1070
Paylaş:

Kişi  həndbolçuların  2022-ci  ildə  Macarıstan  və  Slovakiyada  təşkil  olunacaq  Avropa  çempionatının  ilkin  təsnifat  mərhələsinin  püşkü  atılıb.  Sentyabrın  28-də  Vyanada  keçirilən  püşkatmanın  nəticəsinə  əsasən,“B”  qrupunda  qərarlaşan  Azərbaycan  seçməsi   Kipr,  Gürcüstan  və  Malta  kollektivləri  ilə  yarışacaq.“A”  qrupunda  isə  Lüksemburq,  Böyük  Britaniya,  İrlandiya  və  Bolqarıstan  komandaları  mübarizə  aparacaqlar.

Millimizin  yer  aldığı  qrupun  görüşləri  Maltada  təşkil  olunacaq.  2019-cu  il  yanvarın  11-də  Kiprlə  qarşılaşacaq  həndbolçularımız  yanvarın  12-də  Gürcüstanla,  13-də  isə  Malta  ilə  üz-üzə  gələcəklər.  Qarşılaşmalar  Kospikua  şəhərinin  “Kottonera  Sports  Kompleks”  arenasında  keçiriləcək.

Qeyd  edək  ki,  2022-ci  il  Avropa  çempionatının  növbəti  təsnifat  mərhələsinə  yalnız  qrup  qalibləri  vəsiqə  qazanacaqlar.

.

Digər Xəbərlər

“Azəryol” “Çağırış Kuboku”nun növbəti mərhələsinə yüksəlib

835 20.11.2017

Həndbol üzrə zona yarışı başa çatıb

1042 23.03.2023

Avropa Kuboku: Qarabağ (Azərbaycan) – Differdanj (Lüksemburq) 27:24 (16:14)

115 05.10.2024

Millimiz Litva seçməsinə qalib gəldi

394 28.02.2024

Avropa Kuboku: Jomi Salerno - Kur 36:19

655 24.09.2023

İsgəndər Əsgərov yeni təyinat alıb

1038 25.11.2021

Azərbaycan birinciliyinin zona yarışı başa çatıb

261 09.05.2024

Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34

369 18.02.2024