Baş məşqçi: Uğurlu nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik

25.04.2026
35
Paylaş:

Kişi həndbolçulardan ibarət “Qarabağ” klubunun baş məşqçisi Sabir Nəzərəliyev Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Çempionatın artıq həlledici mərhələsidir. “Qarabağ” turnir cədvəlində ilk pillədə qərarlaşıb. Yarışın sonuna kimi komandanız lider mövqeyində qala biləcəkmi?
-Çempionat uzun müddətli yarış olduğu üçün burada istər-istəməz zədələr olur, oyunçular fiziki gücdən düşürlər. Çalışırıq ki, yarışın sonuna kimi komandamız lider mövqeyində qərarlaşsın. Lakin çox gərgin mübarizə gedir. Yekunda uğurlu nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik.
-“Qarabağ”ın çempionatda əsas rəqibi “Bakı”, yoxsa “Kür” komandasıdır? 
-“Bakı” və “Kür” Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. “Qarabağ”ın hələ ki, heç bir çempionluğu, titulu yoxdur. Bu komandalar bizə ən böyük rəqibdir. Hazırda həm “Kür”, həm də “Bakı” çempionluğa oynayır və buna layiqdirlər. Yeganə məqsədimiz bu komandaları qabaqlamaqdır. 
-Komandada gənc oyunçuların çıxışlarını necə qiymətləndirirsiniz?
-Komandalar arasında ən gənc oyunçulara malik klub məhz “Qarabağ”dır. Biz də gənclərimizin inkişafına üstünlük veririk. Onlar da bu etimadı doğruldurlar. Bunun üçün gənc həndbolçulara təşəkkür edirəm. 
-Avropa miqyaslı yarışlara qatılmaqla bağlı planlar varmı?
-Avropa miqyaslı yarışlar barədə danışmaq hələ tezdir. Çünki çempionat hələ davam edir. Əlbəttə, qitə turnirlərində iştirak vacibdir. Bu heyətimizdə olan gənc idmançıların inkişafı baxımından önəmlidir. Onlar beynəlxalq yarışda özlərini doğrultmalı, Avropa və dünya həndbolunun təcrübəsindən yararlanmalıdırlar. Lakin biz hazırda Avropa miqsaylı yarışlara qatılsaq belə, ciddi uğurlar əldə etmək çətin olacaq. Çünki, heyətimizdə olan gənc oyunçuların böyük təcrübə toplamasına ehtiyac var.

Digər Xəbərlər

“Azəryol” liderliyi davam etdirir

1263 23.04.2025

V-VI yerlər uğrunda növbəti oyunlar olacaq

1460 28.02.2025

“Qarabağ” əzmkar qələbə qazandı

1858 21.09.2024

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

2735 24.05.2018

Favoritlər növbəti qələbələrini qazandılar

2696 03.02.2019

Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri

2329 25.11.2023

Milli komandamız Malta sınaqlarını başa vurdu

2532 13.01.2019

“Qarabağ” Mingəçevirdən xalla qayıtdı

1195 06.04.2025