Lənkəranda həndbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib

06.02.2026
10
Paylaş:

Azərbaycan Həndbol Federasiyasının dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həndbol üzrə rayon birinciliyinə yekun vurulub.


Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda 2 qrupda mübarizə aparıb.


İki gün davam edən yarışın finalında Lənkəran şəhər 2 və 6 nömrəli orta məktəblərin komandaları üz-üzə gəlib.


Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyi üçün tərəflər yeddi metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar. Penaltiləri daha dəqiq yerinə yetirən 2 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. Şıxakəran tam orta məktəbin komandası isə üçüncü yeri tutub.


Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.


Reqlamentə əsasən, şəhər 2 nömrəli məktəbin komandası kubokla yanaşı, Azərbaycan birinciliyinin zona yarışlarına  vəsiqə qazanıb.

Digər Xəbərlər

Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

2604 06.03.2023

Azərbaycan birinciliyinin zona yarışları start götürür

1394 23.03.2025

Təcrübəli referimiz yeni təyinat alıb

2365 25.02.2018

“IHF Trophy” turniri: Bolqarıstan - Azərbaycan 47:24 (21:12)

284 29.11.2025

Azərbaycan çempionatında daha 2 turun oyun cədvəli

1558 09.01.2025

İsgəndər Əsgərov Avropa Kubokunun oyununa təyinat alıb

2185 19.09.2023

"Azəryol" autsayderlə oyunda çətinlik çəkmədi

2036 14.03.2024

Azərbaycan çempionatı: I turun növbəti oyunları

1604 14.09.2024