“Qarabağ” zirvəni ələ keçirdi

31.01.2026
324
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının VI turunun oyunları keçirilib.


Maraqlı görüşlərdən birində “Qarabağ” və “Kür” komandaları üz-üzə gəliblər. “AHF Arena”da təşkil olunan qarşılaşmanı beynəlxalq dərəcəli referi Ələkbər Ağakişiyevlə Ləman Həmidova idarə edib. Oyunun hakim-inspektoru isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.


İlk turun Mingəçevirdə keçirilən görüşündə məğlub olan “Kür” paytaxta revanş istəyi ilə səfər etmişdi. Bu tur ərəfəsində 10 xalla liderlər qrupunda qərarlaşan “Qarabağ” isə qələbə sayəsində zirvəni ələ keçirmək niyyətində idi. Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyuna daha fəal başlayan Mingəçevir həndbolçuları təşəbbüsə yiyələnərək hesabda irəli çıxmağı bacarıblar. Bu üstünlük hissənin sonlarınadək davam etsə də, fasiləyə 5 dəqiqə qalmış daha inamlı oyun nümayiş etdirməyə başlayan “Qarabağ” iki xallıq geriliyi aradan qaldıraraq vəziyyəti dəyişməyə nail olub – 15:13.


İkinci hissənin əvvəli qonaqların üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi, Nasser Saliminin komandası 7 dəqiqəyə yenidən irəli çıxıb. Amma, üstünlük uzun sürməyib. “Qarabağ”ın məşqçilər heyətinin oyuna müdaxiləsindən sonra vəziyyət bərabərləşib. Xala xal prinsipi ilə davam edən oyunun 58-ci dəqiqəsinədək üstünlük gah bu, gah da digər komandanın tərəfində olub. Hesab 23:22 olarkən, topun qapı xəttini keçmədiyini bildirən qonaqlar hakim qərarı ilə razılaşmayıblar. Qərarın dəyişilməməsinə etiraz edən “Kür”, son iki dəqiqəni meydançada mübarizəsiz keçirib. Nəticədə görüş 26:22 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.


 Bu qələbə ilə xal sayını 12-yə çatdıran “Qarabağ” vahid liderliyə yüksəlib. “Bakı” ondan iki xal geri qalır. “Kür” 6 xalla ilk üçlüyü qapayır.

Digər Xəbərlər

Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı federasiyası seçilib

2715 20.12.2017

Kişi həndbolçularımız Gürcüstana yollanacaqlar

2540 24.02.2018

Həndbolçularımız beynəlxalq turnirə qatılıblar

2534 07.02.2018

Kubokun finalçıları müəyyənləşdi

2399 06.03.2018

Liderə layiq qələbə

1426 20.04.2025

"Azəryol"u Mingəçevirdə çətin sınaq gözləyir

1591 01.03.2025

"Qarabağ" turu qələbə ilə başa vurdu

2708 27.03.2018

"Azəryol" çempionluğa doğru inamla irəliləyir

2532 12.03.2020