Çingiz Əzimov: “Bakı”nın gənc həndbolçuları yaxın gələcəkdə əsas komandalarda çıxış edəcəklər

13.10.2025
607
Paylaş:

Qızlardan ibarət  “Bakı” həndbol komandasının baş məşqçisi Çingiz Əzimov AHF-nin mətbuat xidmətinə verdiyi açıqlamada qarşıdakı hədəflərdən danışıb.


“Bakı” komandasına dəvət aldığımda çox sevindim. Çunki yeni kollektiv əsasən əsasən gənc həndbolçulardan formalaşıb. Bildiyiniz kimi, məşqçilik karyeramda bir sıra klublarda, həmçinin gənclərlə işləmişəm.  “Bakı”nın heyətində bölgələrimizi təmsil edən 4 həndbolçu var. Onlardan ikisi Şirvan, digərləri isə Göygöl və Mingəçevir şəhərindəndir. Bu, çox önəmli haldır. Belə ki, heyətdə regionlardan həndbolçuların olması, həmin şəhər və rayonlarımızda həndbola marağın artmasına, eləcə də bu idman növünün kütləviliyi üçün zəmin yarada bilər. İnanıram ki, bu gün “Bakı”nın gənc oyunçuları yaxın gələcəkdə təcrübəli həndbolçu kimi əsas komandalarda çıxış edəcəklər.  Gənclərlə işləməyi çox sevirəm. Deyə bilərəm ki, vaxtilə rəhbərliyim altında çıxış etmiş bir sıra həndbolçular bu gün məşqçi kimi uğurlu fəaliyyətlərini davam etdirirlər. “Bakı”nın gənc həndbolçuları da çox çalışmalı və təcrübə toplamalıdırlar. Onlara  böyük ümidlərim var.


 

Digər Xəbərlər

Leyla İbrahimova “Kür”lə müqavilə imzaladı

470 31.10.2025

“Qarabağ” da lideri dayandıra bilmədi

2708 16.02.2019

Saleh Məmmədov Avropa Həndbol Federasiyasının 17-ci konqresində iştirak edəcək

1067 16.09.2025

Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)

1897 02.12.2024

Millimiz Dünya çempionatına qatılacaq

2555 24.04.2023

Həndbol üzrə XXVII Azərbaycan çempionatına start verilir

2757 07.10.2019

Qadın həndbolçuların Azərbaycan çempionatında I turdan sonra turnir cədvəli

2582 14.11.2023

Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

2668 26.10.2022