Avropa kuboku turnirinin 1/32 final mərhələsində Avstiyanın “Yunion Kornoyburq” klubuna məğlub olaraq mübarizəni dayandıran “Azəryol”un baş məşqşisi Aleksandr Revva AHF-nin mətbuat xidmətinə müsahibə verib.
-Avropa kuboku turnirində Avstiya klubuna hər iki oyunda məğlub oldunuz. Həmin matçlar haqda nə deyə bilərsiniz?
-Bir məşqçi kimi ilk oyunda, xüsusən də müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi. Düşünürəm ki, rəqibimiz bizə münasib idi. Biz onlara qalib gəlməli idik. Komanda olaraq bu oyunlara hazırlaşdıq, rəqibin matçlarının videoyazısını izlədik. Onların güclü və zəif tərəflərini təhlil etdik.
-Belə olan halda məğlubiyyətin əsas səbəbi nə idi?
-Hesab edirəm ki, məğlubiyyətin əsas səbəbi ikinci hissədə komandanın çox zəif müdafiə olunması idi. Çox güman ki, oyunun gec, yəni Bakı vaxtı ilə saat 21-də keçirilməsi komandanın çıxışına mənfi təsir etdi. Bəzi oyunçular ikinci yarıda çox zəif təsir bağışladı. Onlar sanki yuxudakı kimi meydanda qaçdıqlarını etiraf etdilər. İkinci görüşümüzdən, xüsusən də həmin qarşılaşmanın ikinci hissəsindən razı qaldım. Lakin bu mərhələ adlamağımız üçün yetərli olmadı.
-Komandanın gələcək hədəfləri nədir?
-Hazırda komandanın növbəti planlarına noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq daxildir.
Bu gün Azərbaycan Gəncləri Günüdür
1521
02.02.2024
Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
3750
23.06.2020
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
1165
03.11.2024
Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51
1211
15.10.2024
Qonaqlar Mingəçevirdən əliboş döndülər
1005
16.02.2025
"Beşiktaş"ın oyununu Azərbaycan hakimləri idarə edəcəklər
2268
25.11.2021
“Nur” daha bir inamlı qələbə qazanıb
2069
25.02.2018
“Azəryol” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
2168
25.11.2017