Yeni mövsümdə “Kür” komandasının şərəfini qoruyacaq Minayə Məmmədova handball.az-a müsahibə verib.
- "Qarabağ"ı "Kür"ə dəyişməyinizdə əsas məqsəd nə oldu?
- Özümü yeni klubda sınamaq istədim və mənə “Kür” komandasından təklif gəldi. Fikirləşdim ki, bu klub daha perspektivlidir və ona görə də “Kür”ə keçdim.
- Ötən mövsüm "Kür" ölkə çempionatında mükafatçılar sırasına çıxsa da, qızıl medal qazana bilmədi. Necə düşünürsünüz, sizin komandaya gəlişiniz bu istiqamətdə hər hansı irəliləyişə nail ola bilərmi?
- Təkcə mənim gəlişim yox, ümumiyyətlə, komandada çoxlu dəyişikliyin olması bu mövsümdə bizim daha çox uğur qazanmağımıza imkan yaradacaq.
- "Kür"ün heyətində Avropa kubokunda çıxış edəcəksiniz. Mingəçevir klubunun qitə yarışında çıxışından nə gözləmək olar?
- Bildiyiniz kimi, biz məşqlərə avqust ayının əvvəlindən başlamışıq. Əvvəlcə fiziki hazırlıq üzərində çalışdıq, daha sonra isə zal məşqlərimiz oldu. Püşkdən sonra Portuqaliyanın “San-Pedru-du-Sul” komandası ilə qarşılaşacağımız məlum oldu. Biz dərhal rəqibi analiz etməyə başladıq. Hazırda da bu prosesi davam etdiririk. Taktikamızı qururuq və düşünürəm ki, məşqlərdə göstərdiyimiz əzm və birlik bu komandaya qarşı yaxşı çıxış etməyimizə kömək edəcək. İnşallah hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə edəcəyik.
01.10.2025
"Qarabağ"ın heyətində yeni məşqçi
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə davam edir
1985
16.12.2017
“Dinamo” liderliyi davam etdirir
916
14.03.2025
Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri
1646
24.12.2023
Müstəqillik Gününüz mübarək!
1106
28.05.2025
“Kür” Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə qələbə ilə başladı
695
30.08.2025
Azərbaycan çempionatı: IV turun son oyunlarının nəticələri
1941
09.12.2023
Millimiz Mərkəzi Asiyanın Açıq çempionatında qüvvəsini sınayacaq
1651
15.05.2024
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal oyunları keçiriləcək
904
02.09.2025