Çempionluq uğrunda mübarizə davam edir

09.05.2025
1014
Paylaş:

Mayın 10-da həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək. Final mərhələsində I-IV yerlər uğrunda yarışan qadınlardan ibarət “Kür” komandası həmin gün saat 11:00-da “İdman Akademiyası” ilə qarşılaşacaq. Saat 13:00-da “AHF Arena”nın meydançası kişilərdən ibarət “Azəryol” və “Qarabağ” kollektivlərinin ixtiyarına veriləcək.


Ardınca arenaya qadınlardan ibarət “Azəryol” və “Qarabağ” komandaları çıxacaqlar. Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında  canlı yayımlanacaq görüşün start fiti saat 15:00-da səslənəcək. Günün daha bir canlı yayımlanacaq matçında isə kişilərdən ibarət “Kür” və “Bakı” üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlanacaq.


 


 

Digər Xəbərlər

Teymur Axundov: “Təəssüf ki, çempionluq şanslarını itirmişik”

976 07.04.2025

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub

2216 11.09.2022

Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

2504 10.02.2019

Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar

2385 13.04.2017

Avropa çempionatı: GEO (Gürcüstan) - SLO (Sloveniya) 14:30

2022 09.08.2023

Həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub

2208 30.01.2023

“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

2433 15.04.2019

Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub

2174 07.07.2018