Azərbaycan çempionatında növbəti turun oyunları olacaq

14.02.2025
1177
Paylaş:

Fevralın 15-də həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turlara start veriləcək. İlk oyun günündə əvvəlcə kişilərin yarışında V-VI yerlər uğrunda mübarizə aparan U-17 və “Dinamo” komandaları meydançaya çıxacaqlar. XIV turun “AHF Arena”da təşkil olunacaq qarşılaşması saat 10:00-da başlanacaq.


Həmin gün saat 12:00-da qadın həndbolçuların çempionatının final mərhələsinin “Azəryol” – “Qarabağ” görüşü start götürəcək. XII turun “AHF Arena”da keçiriləcək oyunu böyük maraqla gözlənilir. I-IV yerlər uğrunda yarışan rəqiblər növbəti qələbə ilə azarkeşlərini sevindirməyə çalışacaqlar.


Fevralın 16-da diqqətlər Mingəçevirə yönələcək. Həmin gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iki oyun keçiriləcək. Kişilərin mübarizəsində çempionluğa iddialı “Kür” saat 13:00-da XIV tur çərçivəsində əsas izləyicisi “Bakı”nı qəbul edəcək. Saat 15:00-da isə qadınlardan ibarət “Kür” komandası XII turun görüşündə “İdman Akademiyası” ilə üz-üzə gələcək.


Fevralın 17-də də iki qarşılaşma olacaq. Saat 15:30-da “AHF Arena”da qadınlardan ibarət “Gənclər Birliyi” və “Təhsil” V-VI yerlər uğrunda yarışın XII turunda üz-üzə gələcək. Saat 19:30-da isə I-IV yerlər uğrunda mübarizə aparan kişilərdən ibarət “Azəryol” və “Qarabağ” komandaları XIV turun oyununda meydançaya çıxacaqlar.


 

Digər Xəbərlər

AHF-də Məşqçilər Şurasının iclası keçirilib

130 05.11.2025

Qazaxıstan millisindən uğurlu start

1081 30.08.2025

Həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər

2315 17.04.2021

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir başlanır

975 29.08.2025

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

2391 28.09.2022

"Qarabağ"ın üzvü "Kür"ə keçdi

1056 08.09.2025

Saleh Məmmədov EHF rəhbərliyi ilə görüşüb

1789 28.05.2024

Hakimlərimiz Avropa Həndbol Federasiyasının seminarına qatılacaqlar

2158 04.04.2023