Kişi həndbolçuların Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Mərkəzi qarşılaşmada “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “ABU Arena”da təşkil olunan görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Oyunun deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Bu turadək bütün oyunları qələbə ilə bitirən “Azəryol” “Bakı” ilə qarşılaşmanın da favoriti hesab olunurdu. Statusunu təsdiqləməyə çalışan Vidadi Əliyevin komandası görüşə daha fəal başlayaraq, təşəbbüsə yiyələnib. Amma, tezliklə toparlanan nominal qonaqlar tarazlığı bərpa ediblər. Hissənin ortalarında isə Eldar Fərəcovun rəhbərlik etdiyi kollektiv irəli çıxmağı bacarıb. Ardınca üstünlük gah bu, gah digər komandanın tərəfinə keçsə də, hissəni “Bakı” 1 xal öndə bitirib – 15:14.
Qarşılaşmanın ikinci hissəsi də maraqlı mübarizə şəraitində keçib. Minimal üstünlüyü qorumağa çalışan “Bakı”nın əzmkarlığı bu hissənin ortalarında da bəhrəsini verib. Sabir Nəzərəliyev və komanda yoldaşları oyunun gedişində fərqi 4 topa da çatdıra biliblər. Vəziyyəti dəyişməyə çalışan “Azəryol” hücumların sürətini artıraraq, rəqib müdafiəsində gərginlik yaradıb. Qonaqlar ev sahibinin təhlükəli həmlələrini dəf edərkən aşkar kobudluqdan da çəkinməyiblər ki, 53-cü dəqiqədə Artyom Skriba buna görə qırmızı vərəqə ilə cəzalandırılıb. “Azəryol” həndbolçuları sona iki dəqiqə qalmış hesaba tarazlıq gətirsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Dərhal vurulan qolla yenidən irəli çıxan “Bakı”, qapıçı Rüstəm Hüseynovun da inamlı çıxışı sayəsində matçı 31:29 hesablı qələbə çalıb. Müvafiq olaraq ilk üçlükdə qərarlaşan “Bakı” “Azəryol” və “Qarabağ”ın hərəyə 10 xalı var. “Kür” 8 xalla 4-cüdür. “Dinamo” və “Təhsil” 6 xalla 5-ci, 6-cı yerdə qərarlaşıb. 7-ci pillədə olan “İdman Akademiyası”nın 2 xalı var. Hərəyə 1 xalı olan U-17 və “Gənclər Birliyi” son pillələrdədir.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Həndbol üzrə yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir
1414
07.07.2023
Azərbaycan çempionatına yekun vuruldu
1267
28.04.2018
Azərbaycan çempionatı, XI tur: “Bakı” -“Kür” 19:26 (12:13)
328
18.01.2025
"Məhsul" Avrokuboklarda mübarizəyə qatılır
1564
03.10.2019
18 oktyabr- Müstəqilliyin bərpası günüdür
551
18.10.2024
Gənc həndbolçularımız Bolqarıstana yollanacaqlar
1373
05.06.2017
Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31
1081
13.08.2023
Həndbol üzrə seminara yekun vurulub
1499
26.05.2022