Beynəlxalq turnirin yarımfinalçıları müəyyənləşib

30.08.2024
550
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirində bu gün daha iki oyun keçirilib. 
Qrup mərhələsinin son turunda əvvəlcə “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən görüşdə daha inamlı oyun göstərən “Azəryol” 27:18 hesabı ilə qələbə qazanıb. 
Yarışın favoritlərindən sayılan “Qarabağ” isə Qazaxıstanın “Alatau Alurary” komandası ilə görüşdə də etimadı doğruldub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan oyun Azərbaycan çempionunun xeyrinə nəticələnib – 35:31. Bu qələbə ilə aktivinə 4-cü xalı yazdıran “Qarabağ” “B” qrupunda liderliyi təmin edib. Özbəkistan millisi ilə “Alatau Alurary” kollektivləri hərəyə 1 xalla sonrakı pillələrdə qərarlaşıblar. “A” qrupunda “Astana” 4 xalla 1-ci, “Azəryol” 2 xalla ikinci yeri tutub. Xal toplaya bilməyən “Kür” 3-cü olub. 
Beləliklə, sabah keçiriləcək yarımfinal görüşlərində “Astana” Özbəkistan millisi ilə, “Qarabağ” isə “Azəryol”la qarşılaşacaq. “Kür” və “Alatau Alurary” komandaları isə beşinci – altıncı yerlər uğrunda oyunda üz-üzə gələcəklər. 
Beynəlxalq turnirə sentyabrın 1-də yekun vurulacaq.

Digər Xəbərlər

Bu gün Yel çərşənbəsidir

211 11.03.2025

Həndbol üzrə XXV Azərbaycan çempionatına hazırlıq işləri yekunlaşmaq üzrədir

1361 29.09.2017

Bugünkü oyunların nəticələri

826 06.02.2024

Avropa Kuboku: Differdanj (Lüksemburq) -Qarabağ (Azərbaycan) 25:26 (11:9)

517 06.10.2024

"Bakı" və “Azəryol” azarkeşlərini sevindirdi

153 05.04.2025

Hakimlər kollegiyasının iclası keçirilib

1506 04.03.2022

“Olimpiya” komandasından ardıcıl qələbələr

1530 21.12.2018

"Azəryol" çətin dueldən qalib ayrıldı

135 19.04.2025