Azərbaycan Həndbol Federasiyası gənc hakimlərin peşəkarlığının artırılması istiqamətində mühüm işlər həyata keçirir, onların ölkə xaricində təlim proqramlarında iştirakına imkan yaradır.
Gənc hakimlərimiz Ləman Həmidova və Aydan Hüseynova iyulun 1-dən 5-dək İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa çempionatının oyunlarına təyinat alıb. Avropanın Gənc Hakimlərinin layihəsi çərçivəsində reallaşan qitə yarışında 20 komanda 4 qrupda mübarizə aparır. Azərbaycan Yüksək Liqasının hakimləri həmin turnirdə bu günə kimi Litva - Norveç, Kipr - Rumıniya, Macarıstan – Kipr və Finlandiya – Slovakiya matçlarını idarə edib. Hakimlərimizin qarşıdakı günlərdə daha bir neçə oyuna təyinat alacağı gözlənilir. Ləman Həmidova və Aydan Hüseynova qarşılaşmaları idarə etməklə yanaşı, burada təşkil olunan Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün seminarına da qatılırlar. Onlar oyun qaydaları, fiziki hazırlıq və ingilis dilindən test verirlər. Seminar iştirakçıları həmçinin keçirilən matçlarla bağlı hakimlik işini də dəyərləndirəcəklər.
Xatırladaq ki, gənc hakimlərimiz ötən ilin aprelində Çexiyanın paytaxtı Praqada da anoloji tədbirə qatılmışdı. Həmin vaxt Ləman və Aydan bacıları beynəlxalq turnirdə bir neçə mərkəzi görüşü idarə etmişdi.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Millimiz məşqləri Mingəçevirdə davam etdirir
522
23.10.2025
Kişi həndbolçularımız Ukraynada ardıcıl üçüncü qələbəni qazanıblar
2367
14.04.2017
Qadın həndbolçulardan ibarət “Nur” komandası İsveçin “Luqi HK” kollektivinə qalib gəlib
2628
17.09.2017
Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır
2102
13.03.2024
Avropa kuboku: Kür (Azərbaycan) - Sao Pedro do Sul (Portuqaliya) 23:31 (13:14)
556
05.10.2025
Yeniyetmə həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar
2621
21.06.2018
Avropa Kuboku: KH-7 BM. Granollers - Garabagh HC 41:18
2440
01.10.2023
Avropa kuboku: Sao Pedro do Sul (Portuqaliya) - Kür (Azərbaycan) 26:26 (16:14)
530
04.10.2025