“Qarabağ” favorit statusunu təsdiqlədi

28.04.2024
832
Paylaş:

Qadın həndbolçuların ölkə çempionatının 15-ci turunda lider “Qarabağ” “Azəryol”la qarşılaşıb. “AHF Arena”da keçirilən oyunun referiləri Ləman Həmidova və Aydan Hüseynova olub. Deleqat funksiyasını isə beynəlxalq dərəcəli hakim Ernest Ağakişi yerinə yetirib. Oyuna nominal ev sahibi fəal başlasa da, təşəbbüsü qorumağı bacarmayıb. Xala-xal prinsipi ilə keçən oyunun 14-cü dəqiqəsindən üstünlüyü ələ alan “Qarabağ” favorit statusunu təsdiqləməyə başlayıb. Bunun məntiqi nəticəsi kimi fasiləyə də qonaqlar üstün yollanıblar – 15:12.


İkinci hissəyə qələbə əzmi ilə çıxan “Azəryol” çox keçmədən hesaba tarazlıq gətirməklə intriqanı qızışdırıb. Amma  ev sahibinin artığına gücü çatmayıb. Tədricən təzyiqi artıran Sergey Kamburun komandası vəziyyətə nəzarəti yenidən ələ alıb. Müdafiədəki sayıqlıq, qapıçının inamlı çıxışı və hücumların daha effektli sona çatdırılması matçın taleyini həll edib- 31:24.


Günün digər görüşündə “İdman Akademiyası” ilə “Kür” komandaları qarşılaşıblar. Oyuna aşkar favorit qismində çıxan Mingəçevir həndbolçuları səfər matçında 31:18 hesabı ilə qalib gəliblər.


Bu tur növbəti qələbəsini qazanan “Qarabağ” 26 xalla liderlik mövqeyini möhkəmlədib. Aktivinə 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci pillələri bölüşür. Sonuncu yerdəki “Gənclər Birliyi”nin aktivində xal yoxdur.

Digər Xəbərlər

İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar

1408 10.05.2017

Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb

1259 14.12.2019

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

1089 23.12.2023

Beynəlxalq turnir: "Azəryol” (Azərbaycan) – "Astana” (Qazaxıstan) 32:34

525 29.08.2024

Avropa çempionatı: LTU (Litva) - GEO (Gürcüstan) 37:23

1169 07.08.2023

Azərbaycanı Avrokuboklarda üç komanda təmsil edəcək

1593 08.08.2018

“Bakı” çempionluq imkanlarını qorudu

855 06.05.2024

"Qarabağ" növbəti qələbəni qazandı

1378 21.11.2019