Kişi həndbolçuların Azərbaycan çempionatında XVI turun oyunları keçirilib. Daha böyük maraqla gözlənilən görüşdə çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi “Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ almaqla hesabda irəli çıxmağı bacarıb. Hücumların daha dəqiq zərbələrlə sona çatdırılması və qapıçı Aleksandr Milenkoviçin seyvləri ev sahibinin üstünlüyə yiyələnməsi ilə nəticələnib. Qonaqlar oyunun gedişində fərqi 3 topa endirməyə nail olsalar da, hissənin sonluğunu daha inamlı keçirən “Kür” fasiləyə üstün yollanıb - 16:10.
Vidadi Əliyevin komandası ikinci hissədə vəziyyəti dəyişməyə çalışsa da rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Ayuba, Simiç, Lekoviç kimi həndbolçuların təşkil etdiyi hücumlar daha effektiv alınıb ki, bu da hesab arasındakı fərqin bir qədər də artmasına gətirib çıxarıb. Rəqibi əksər göstəricilərdə üstələyən Mingəçevir həndbolçuları oyuna nəzarəti sonadək əldən verməyiblər və maraqlı mübarizə ilə yadda qalan görüş 34:27 hesabı ilə başa çatıb. Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini qoruyub. “Azəryol” la “Bakı”nın hərəyə 20 xalı var. “Qarabağ” 16 xalla 4-cüdür. “Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə 3 xalla sonrakı pillələrdə qərarlaşıb.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar
1584
28.02.2020
Favoritlər növbəti qələbəni qazanıblar
1647
17.03.2019
Azad Rəhimov vəfat edib
1461
01.05.2021
Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33
1363
06.08.2023
Ağakişi qardaşları yeni təyinat alıblar
259
14.02.2025
Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17
1097
17.12.2023
Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi
1451
13.10.2019
“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb
1988
24.10.2018