Kişi həndbolçuların 15-ci turunun mərkəzi görüşündə “Qarabağ” “Kür”ü qəbul edib. “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu oyun ərəfəsində aktivində 20 xalı olan “Kür” “Qarabağ”ı 5 xal qabaqlayırdı. Oyuna favorit qismində çıxan qonaqlar yenidən zirvəni ələ keçirmək, ev sahibləri isə mükafatlar uğrunda mübarizədə irəliyə doğru addım atmaq niyyətində idilər. Deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olan görüşü beynəlxalq dərəcəli hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyev idarə edib. “Kür” oyunun favoriti sayılsa da, “Qarabağ”ın da meydançaya qələbə üçün çıxdığı ilk dəqiqələrdən özünü büruzə verib. Xala - xal prinsipi ilə keçən hissənin yalnız sonlarına doğru tarazlıq pozulmağa başlayıb. “Qarabağ”ın buraxdığı səhvlərdən istifadə edən Mingəçevir həndbolçuları hesabda üstünlüyə yiyələniblər. Nəticədə fasiləyə qonaqlar irəlidə yollanıblar – 18:14. Bununla qələbəyə zəmin yaradan qonaqlar ikinci hissədə də rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Hissənin ortalarında doğru fərqi minimuma da endirən “Qarabağ” azarkeşlərini xeyli ümidləndirib. Matçın qalan vaxtında mübarizə daha da gərginləşib. Bunun nəticəsi kimi “Qarabağ”ın iki, “Kür”ün isə bir oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Ev sahibləri yüksək əzmkarlıq göstərsələr də bu, məğlubiyyətdən qurtulmaq üçün yetərli olmayıb. Oyunun sonluğunu daha inamlı keçirən qonaqlar 38:34 hesablı qələbə qazanıblar.
Aktivinə 22-ci xalı yazdıran “Kür” yenidən zirvəyə yüksəlib. Mingəçevir təmsilçisi ən yaxın izləyicisi “Azəryol”u 1 xal qabaqlayır. “Bakı” 19 xalla 3-cü, “Qarabağ” 15 xalla 4-cü yerdə qərarlaşıb. Aktivində 4 xalı olan “Təhsil” və hərəyə 3 xal toplayan “Dinamo” ilə “İdman Akademiyası” sonrakı pillələrdədirlər.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri
2550
11.01.2024
Millimiz Avropa çempionatına hazırlaşır
2382
04.12.2023
Kişi həndbolçuların dördüncü dünya çempionatı başa çatıb
2665
30.04.2023
"Qarabağ" maksimum nəticə göstərən yeganə komandadır
91
01.05.2026
Yeniyetmə həndbolçular arasında turnir yekunlaşıb
2587
14.04.2017
Azərbaycan çempionatında növbəti oyunların nəticələri
1875
06.01.2025
Azərbaycan çempionatı: Lider “Kür” mövqeyini möhkəmlədib
2073
15.01.2024
Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib
2898
07.12.2018