Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının həndbol yarışları başa çatıb.
Qadın həndbolçuların final görüşündə Türkiyə kollektivinə 28:26 hesabı ilə qalib gələn Azərbaycan millisi yarışın baş mükafatına layiq görülüb.
Bürünc medallara isə Özbəkistan komandasını 35:27 hesabı ilə məğlub edən Kamerun yığması sahib çıxıb.
Kişilərin yarışında 1-ci yeri finalda Türkiyəyə 26:21 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı komandası tutub. Üçüncü yerə Əlcəzairi 27:22 hesabı ilə məğlubiyyətə uğradan Uraq millisi layiq görülüb.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib.
Medalları idmançılara Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Beynəlxalq Həndbol Federasiyasının vitse-prezidenti Migel Roka Mas təqdim ediblər.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Final mərhələsində daha 3 oyun keçirilib
271
01.02.2025
Ölkə kubokunda mübarizə başlanır
137
25.04.2025
“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb
1336
19.11.2017
"İdman Akademiyası"ndan inamlı qələbə
157
28.04.2025
Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri müəyyən olub
1437
05.07.2022
Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
898
23.01.2024
"Azəryol" liderliyi davam etdirir
1408
13.02.2020
Avropa çempionatında qrup mərhələsinə yekun vurulub
1244
10.08.2023