Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub

12.08.2023
1047
Paylaş:

7 yaşadək həndbolçu qızların Bakıda keçirilən Avropa çempionatında qrup mərhələsindən sonra bir günlük fasilə yaranıb. Bu fürsətdən yararlanaraq həndbolçular üçün ustad dərsləri təşkil olunub.
Avropa Həndbol Federasiyasının təşəbbüsü ilə keçirilən master-klass tanınmış serbiyalı həndbolçu Andrea Lekiç tərəfindən aparılıb. O, bilik və bacarıqlarını qitə çempionatının ən yaxşı oyunçuları ilə bölüşüb.
Qeyd edək ki, həndbolçu karyerasını ORK Belqrad komandasında başlayan Andrea Lekiç ardınca Knyaz Miloş, Krım, Qyori, Vardar, Buxarest, Buduçnost klublarının formasını geyinib. 35 yaşlı həndbolçu hazırda “Ferensvaroş”un şərəfini qoruyur.

Digər Xəbərlər

Hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər

1477 04.11.2017

"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

1386 20.08.2017

18 oktyabr- Müstəqilliyin bərpası günüdür

551 18.10.2024

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

2030 12.05.2023

Yeniyetmə həndbolçuların yarışında növbəti oyunlar olub

1409 13.04.2017

Azərbaycan çempionatında növbəti turun oyunları olacaq

269 14.02.2025

Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib

1559 27.03.2022

Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilib

1301 10.03.2017