“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub.
XXVII turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən məsələyə aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər - 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın XXVIII turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36. “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Sonra ölkə çempionatının bağlanış mərasimi olub.
28 may Müstəqillik günü münasibəti ilə iştirakçıları təbrik edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina bu dəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildirib, bu mövsüm komandaların sayının artırılmasını sevindirici hal kimi qiymətləndiriblər.
Dövlət himni səsləndirildikdən sonra komandalara diplom medal və hədiyyələr təqdim olunub.
Nəticələrə əsasən, kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparıb.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
“Azəryol” komandası “Qaliçanka” klubu ilə ilk oyununu keçirib
2492
07.09.2019
Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43
2024
20.10.2023
Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb
2350
11.05.2018
“Məhsul” “Təhsil”ə qalib gələrək liderə yaxınlaşıb
2418
28.03.2023
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1056
08.09.2025
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
199
09.11.2025
Kişi həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli
2252
20.02.2024
“Azəryol”da yeni transfer
186
28.10.2025