Kişi həndbolçuların Azərbaycan çempionatının lideri “İdman Akademiyası” uğurlu oyunlar seriyasını davam etdirir. Tələbələr XIX turda “Təhsil” ilə qarşılaşıblar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə “İdman Akademiyası”nın xeyrinə nəticələnib.
Turun U-16 – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb - 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.
XX turun oyunlarında da gözlənilməz nəticə qeydə alınmayıb. “Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərsə də məğlubiyyətdən qurtula bilməyib 22:26. “Məhsul” U-16-ya bu dəfə 36: 22, “Dinamo” RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.
Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə U-16 komandası hərəyə 3 xalla 5-ci, 6-cı yerləri bölüşür. “Bakı” 1 xalla çempionatın autsayderidir.
14.05.2025
"Qarabağ" və "Bakı"dan qələbə
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
İsgəndər Əsgərov Gürcüstan – Litva oyununa təyinat alıb
1455
07.03.2023
Həndbol hakimləri üçün seminar təşkil olunacaq
1404
24.05.2022
Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib
1288
29.10.2022
Həndbol hakimimiz beynəlxalq turnirə dəvət alıb
1617
11.03.2017
"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı
1429
25.03.2018
U-18 millimiz Avropa çempionatına hazırlaşır
832
23.07.2024
İsgəndər Əsgərov yeni təyinat alıb
1283
30.11.2023
"Məhsul" daha bir inamlı qələb qazanıb
1476
10.03.2020