Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına yekun vurulub.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışa yerli həndbolçularla yanaşı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008 və ondan kiçik təvəllüdlü oğlanlardan ibarət komandaları qatılıb. Açılış mərasimində iştirakçıları salamlayan AHF-nin idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları Novruz bayramı münasibəti ilə təbrik edib. Bu cür yarışların bölgələrdə həndbolun inkişafına təkan verəcəyini deyən təcrübəli mütəxəssis komandalara uğurlar arzulayıb. AHF tərəfindən idman geyimləri və toplar hədiyyə olunduqdan sonra yarışa start verilib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Cəlilabad həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub.
Reqlamentə əsasən Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
İsgəndər Əsgərovun 65 yaşı tamam olur
903
02.06.2024
"Məhsul" liderliyi davam etdirir
1537
10.02.2020
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb
1465
15.12.2017
Azərbaycan çempionatı: “Bakı” turnir cədvəlində ikinci pilləyə yüksəldi
1047
27.02.2024
“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər
1422
11.05.2017
Klublarımızın rəqibləri müəyyənləşdi
707
16.07.2024
Ölkə çempionu ilk məğlubiyyətlə barışdı
1548
18.11.2019
İnkişaf etməkdə olan ölkələrin çempionatı: ABŞ- Azərbaycan 45:25 (19:11)
224
13.03.2025