Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub.
XV turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” gözlənildiyi kimi pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu” – “İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib.
XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.
“Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Azərbaycan çempionatı, II tur: Oyun cədvəli
1993
17.11.2023
Ulu öndərin xatirəsinə həsr edilən həndbol turniri keçiriləcək.
2586
30.04.2018
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar
2355
31.10.2022
“Kür” Azərbaycan çempionudur
1731
13.05.2024
“Astana” yarımfinala yüksəldi
1450
29.08.2024
Mingəçevir zona yarışlarının qalibi olub
1186
24.03.2025
Favoritlərin növbəti qələbəsi
2242
25.11.2019
“Bakı”nın həndbolçusu "Qarabağ"a keçdi
252
22.10.2025