Azərbaycan Həndbol Federasiyası tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirilib.
“AHF Arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov çıxış edərək məşqçiləri salamlayıb, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə iş planı barədə məlumat verərək yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb.
Lazım olan invertar, vəsait barədə müzakirələr aparıldıqdan sonra qarşıda duran hədəflərdən danışılıb.
Həmçinin məşqçilərə hazırlıq prosesinin gedişatının federasiyaya təqdim etmələri tapşırılıb, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcəyi bildirilib.
Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub.
Yeni təmir olunan “AHF Arena” ilə tanışlıqdan sonra 29-cu Azərbaycan çempionatının oyunları izlənilib.
Sonda həndbol məşqçiləri tədbirin təşkilinə görə AHF-yə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıblar.
14.05.2025
"Qarabağ" və "Bakı"dan qələbə
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Qazaxıstan klubu Bakıda hazırlıq keçir
490
01.11.2024
Favoritlər asan qələbə qazanıblar
1392
14.04.2018
Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
1333
22.01.2023
Avropa çempionatı: LTU (Litva) - FAR (Farer adaları) 32:27
1223
13.08.2023
Kişi həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli
1163
13.02.2024
Ölkə kuboku turnirinə start verilib
136
26.04.2025
Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28
1248
10.08.2023
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır
1361
18.08.2017