İsgəndər Əsgərov növbəti təyinatlar alıb

06.10.2022
2406
Paylaş:

Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb.
İsgəndər Əsgərov əvvəlcə qadınlardan ibarət klubların Avropa Həndbol Federasiyasının (EHF) Avropa Liqası kuboku uğrunda turnirinin ikinci təsnifat mərhələsində Türkiyənin “Yalıkavakspor” və Danimarkanın “Nükobinq Falster” komandalarının görüşündə AHF nümayəndəsi olacaq. Sözügedən qarşılaşma oktyabrın 9-da Türkiyənin Bodrum şəhərinin “Binnaz Karakaya” idman sarayında keçiriləcək.
Ardınca isə İsgəndər Əsgərov kişi həndbolçuların 2024-cü il Avropa çempionatının ikinci təsnifat mərhələsinin Türkiyə  - Şimali Makedoniya matçına təyinat alıb. O, oktyabrın 16-da Van şəhərində keçiriləcək oyunda da AHF nümayəndəsi olacaq. 
Qeyd edək ki, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyan İsgəndər Əsgərov, 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edir.

Digər Xəbərlər

“Bakı” mərkəzi oyunda əzmkar qələbə qazanıb

1327 09.02.2025

Həndbolçularımız Gürcüstana yollanacaqlar

2902 03.06.2019

Azərbaycan çempionatına yekun vuruldu

2381 28.04.2018

Avropa Kuboku: Jomi Salerno - Kur 36:19

2286 24.09.2023

Müstəqillik Gününüz mübarək!

1638 28.05.2025

Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

4583 23.06.2020

Azərbaycan çempionatında daha 2 turun oyun cədvəli

1825 09.01.2025

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

2355 07.08.2023