Həndbol hakimlərimiz ölkəmizi nüfuzlu yarışda təmsil edəcəklər

04.10.2022
1451
Paylaş:

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi  ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
Söhbət qadın həndbolçuların Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirindən gedir.
Ağakişi qardaşları Yunanıstanın “PAOK” və Şimali Makedoniyanın “WHC Metalurq” komandalarının görüşünə təyinat alıblar. Onlar Saloniki şəhərində keçiriləcək görüşdə söz sahibi olacaqlar. Gərgin mübarizə vəd edən qarşılaşma oktyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır.
Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.

Digər Xəbərlər

Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

1585 28.10.2018

Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb

1260 14.12.2019

Millimiz Mərkəzi Asiyanın Açıq çempionatında qüvvəsini sınayacaq

980 15.05.2024

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

1088 14.10.2023

Qadınlardan ibarət “Qarabağ” komandası təlim-məşq toplanışına yollanacaq

1487 31.07.2017

Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)

385 27.11.2024

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb

1370 22.10.2021

Avropa çempionatı: LUX (Lüksemburq) - FAR (Farer adaları) 24:24

1213 09.08.2023