Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

28.09.2022
1531
Paylaş:

Kişi həndbolçulardan ibarət komandaların avrokubok mövsümünə start verilib.


Qitə miqyaslı yarışda ölkəmizin idman şərəfini kişi həndbolçulardan ibarət "Bakı" klubu qoruyacaq.


Fiziki bacarıqların lazımi səviyyəyə çatdırılması məqsədilə həndbolçularımız sentyabrın ikinci öngünlüyündən artıq məşqə çıxırlar. Hazırlıq prosesi həftədə 5 dəfə olmaqla baş məşqçi Eldar Fərəcov və köməkçi məşqçi Elnur Cahangirovun rəhbərliyi ilə “AHF Arena” idman kompleksində həyata keçirilir. 


Xatırladaq ki, "Bakı" komandasının Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku turnirindəki oyunlarının vaxtı da müəyyənləşib. Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə qarşlaşacaq. 


İlk oyun oktyabrın 29-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək.


Görüşlər yerli vaxtla saat 18:00-da başlayacaq.

Digər Xəbərlər

"Qarabağ" turu qələbə ilə başa vurdu

1562 27.03.2018

Həndbol hakimləri mükafatlandırıldı

1652 27.11.2021

Azərbaycan kubokunda 1/2 final mərhələsinin oyun cədvəli

1126 25.05.2024

Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri

515 26.09.2024

Həndbol üzrə Azərbaycan çempionatı başlanır

1721 18.03.2022

Hakimlərimiz “Challenge Cup” turnirinin final matçında

1459 02.05.2018

"Məhsul” və “Bakı” komandaları rəqibləri üzərində asan qələbə qazanıblar

1445 24.11.2018

Favoritlər növbəti qələbəni qazanıblar

1650 17.03.2019