Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

23.09.2022
2808
Paylaş:

Sentyabrın 23-də Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.
 
3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.
 
Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
 

Digər Xəbərlər

Azərbaycan Həndbol Federasiyasının hakimləri beynəlxalq oyunları idarə edəcəklər

2347 25.02.2017

Həndbol üzrə XXX Azərbaycan kubokuna start verilir

1620 21.05.2024

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

2513 09.09.2017

Ləman Həmidova: "Hər zaman xəyallarımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi"

676 22.09.2025

Avropa çempionatı: İsrail - Farer adaları 22:38

2362 06.08.2023

"Qarabağ" liderlik mövqeyini möhkəmlədib

2343 07.11.2019

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

2300 08.05.2019

Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb

2373 25.04.2023