Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə yeniyetmələr arasında ənənəvi rayon turnirinə start verilib.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışdan əvvəl Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Göygöl rayonunun İcra hakimiyyətinin nümayəndəsi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Açılış mərasimində iştirakçıları salamlayan federasiya prezidenti Saleh Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə idmanının inkişafında əvəzsiz rolundan və əldə olunan nəticələrdən söz açıb. Ulu öndərin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışan federasiya rəhbəri onun xatirəsinə həsr olunmuş yarışa qatılan həndbolçulara uğurlar arzulayıb.
Turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstafadan ümumilikdə 6 komandasının 70-ə yaxın yeniyetmə həndbolçusu qələbə uğrunda mübarizə aparır.
Yarışları federasiyanın prezidenti Saleh Məmmədovla yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev də izləyib.
Qeyd edək ki, turnirdə ilk 3 yeri tutan həndbolçulara diplom və hədiyyələr təqdim olunacaq. Qalib və mükafatçılar sentyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Bakıda beynəlxalq turnir keçiriləcək
1782
27.08.2024
Bu gün Novruzun sonuncu -Torpaq çərşənbəsidir
1425
18.03.2025
“Azəryol” komandası yeni mövsümə hazırlığa start verib
2558
18.09.2022
Azərbaycanlı hakimlər Avropa çempionatında
2520
06.08.2021
Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi
1619
05.11.2024
"Qarabağ" zirvəyə yaxınlaşdı
1350
10.05.2025
Qadın həndbolçuların ölkə çempionatında IV turdan sonra turnir cədvəli
286
25.01.2026
Həndbolçularımız beynəlxalq turnirə qatılıblar
2510
07.02.2018