Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

01.05.2022
1525
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatına  yekun  vurulub

Qadınların  ardınca  kişi  həndbolçuların  da  ölkə  çempionatına  yekun  vurulub.  Çempionluğu  vaxtından  əvvəl  təmin  edən  “Bakı”  son  turda  da  pərəstişkarlarını  sevindirib.  “Məhsul”  ilk  hissəni  bir  xal  irəlidə  başa  vursa  da,  fasilədən  sonra  təzyiqi  artıran  “Bakı”  30:26  hesabı  ilə  qalib  gəlib. 

“Təhsil”  –  U-18  İdman  Akademiyası  görüşündə  nominal  meydan  sahiblərinin  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılıblar.  Daha  yüksək  əzmkarlıq  göstərən  U-18  İdman  Akademiyası  komandası  oyunu  qələbə  ilə  başa  vurub  34:23.

U-16  -  ”Gənclər  Birliyi”  matçında  isə  qələbə  imkanları  yüksək  qiymətləndirilən  U-16  kollektivi  etimadı  doğruldub  -  44:32.

Bir  tur  əvvəl  çempionluğu  rəsmiləşdirən  “Bakı”  aktivinə  18-ci  xalı  yazdırıb.  İkinci  pillədəki  “Təhsil”  çempionatı  13  xalla  başa  vurub.  U-16  və  U-18  İdman  Akademiyası  hərəyə  11  xal  toplasa  da,  şəxsi  oyunlarda  rəqibini  üstələyən  U-16  bürünc  medallara  sahib  çıxıb.

Dövlət  himninin  səsləndirilməsi  ilə  başlanan  bağlanış  mərasimində  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədovun  salamlarını  çatdıran  federasiyanın  vitse-prezidenti  Orxan  Abbasov  builki  çempionatın  böyük  rəqabətlə  yadda  qalacağını  vurğulayıb.  Mükafatçıları  təbrik  edən  federasiya  rəsmisi  digər  komandalara  növbəti  yarışlarda  uğurlar  arzulayıb. 

Çıxışında  komanda  sayının  artırılmasını  müsbət  hal  kimi  qiymətləndirən  gənclər  və  idman  naziri  Fərid  Qayıbov,  həndbolda  yaranan  canlanmanın,  azarkeş  marağının  daha  da  artacağına  ümid  bəslədiyini  bildirib.  Nazir,  həndbolçulara  qarşıdakı  beynəlxalq  yarışlarda,  xüsusilə  İslam  oyunlarında  uğurlar  arzulayıb. 

Ardınca  fərqlənən  komandalar  mükafatlandırılıb.  Gənclər  və  idman  nazirinin  müavini  Mariana  Vasilyeva  və  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  prorektoru  Fərid  Mansurovun  da  qatıldığı  mərasimdə,  qadınlardan  ibarət  komandalardan  “Azəryol”,  “Qarabağ”  və  “İdman  Akademiyası”,  kişilərdən  ibarət  komandalardan  isə  “Bakı”,  “Təhsil”  və  U-16-ya  müvafiq  olaraq  qızıl,  gümüş  və  bürünc  medallar,  həmçinin,  fəxri  diplom  və  hədiyyələr  təqdim  olunub. 

U-18  İdman  Akademiyası  komandasının  üzvü  Royal  Əliyevlə  “Azəryol”un  həndbolçusu  Kamilə  Bayramova  çempionatın  ən  yaxşı  oyunçuları  üçün  nəzərdə  tutulan  mükafata  layiq  görülüb. 

Xatırladaq  ki,  martın  20-də  start  verilən  çempionatda  4  qadın,  6  kişi  komandası  mübarizə  aparıb.

Digər Xəbərlər

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

1418 17.10.2022

Millimiz Mərkəzi Asiyanın Açıq çempionatında qüvvəsini sınayacaq

981 15.05.2024

"Qarabağ" Mingəçevirdən məğlub dönür

1300 12.04.2018

“Azəryol” və “Kür” şərikli liderdir

368 22.01.2025

“İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib

1087 08.10.2023

Həndbol ictimaiyyətinə ağır itki üz verib

1862 27.09.2019

Favoritlərdən növbəti qələbələr

1600 10.03.2019

Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub

1322 29.04.2018