Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub

11.03.2022
1341
Paylaş:

Martın  11-də  XXVIII  Azərbaycan  Çempionatına  hazırlıq  işlərinə  dair  iclas  keçirilib.

İclasda  Azərbaycan  Həndbol  Federasiyasının  nümayəndələri,  hakimlər  və  məşqçilər  iştirak  ediblər.

Azərbaycan  Həndbol  Federasiyasının   ofisində  keçirilən  iclasda  Azərbaycan  çempionatına  hazırlıq,  çempionatın  təşkili  məsələləri  və  yeni  qaydalarla  bağlı  məlumat  verilib.

İclas  zamanı  2021-2022-ci  illər  üzrə  Azərbaycan  çempionatının  I  dövrəsinin  keçiriləcəyi  tarix  və  məkan  diqqətə  çatdırılıb.  Bildirilib  ki,  martın  20-də  start  götürəcək  yarışlar  Şağan  Olimpiya  İdman  Kompleksində  keçiriləcək.  Həmçinin  iştirak  edəcək  qadın  və  kişi  komandaların  adları  açıqlanıb.  Ümumilikdə  4  qadın  (“Azəryol”,  “Azərsu”,  “Qarabağ”,  "İdman  Akademiyası")  və  6  kişi  (“Bakı”,  “Məhsul”,  “Təhsil”,  U-18  İdman  Akademiyası,  U-16,  "Gənclər  Birliyi")  komandaların  çıxış  edəcəyi  qeyd  olunub.

Yarışların  püşkü  atıldıqdan  sonra  komandalara   yeni  geyim  formaları  təqdim  olunub.

         

 

Digər Xəbərlər

Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı

968 18.12.2023

IX turun ilk oyun gününün nəticələri

969 31.01.2024

31 mart -Azərbaycanlıların Soyqırımı Günüdür

169 31.03.2025

"Azəryol" və "Dinamo"dan növbəti qələbə

228 15.02.2025

Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb

1453 20.10.2017

IX turun oyun cədvəli

892 30.01.2024

Final mərhələsində növbəti oyunlar olacaq

253 06.02.2025

Qadın həndbolçuların Azərbaycan çempionatında III turdan sonra turnir cədvəli

1453 29.11.2023