“Azəryol” həndbol komandasının məşqçisi beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb

23.02.2022
2779
Paylaş:

“Azəryol”  həndbol  komandasının  məşqçisi  Fuad  Yangildin  beynəlxalq  “Master  Coach”  lisenziyasına  layiq  görülüb.  Təcrübəli  mütəxəssis  Avropa  Həndbol  Federasiyasının  Moskvada  keçirilən  müvafiq  kurslarını  uğurla  başa  vurub.  Onunla  yanaşı  Rusiya,  Ukrayna  və  Estoniyanı  təmsil  edən  həndbol  mütəxəssisləri  də  həmin  lisensiyaya  yiyələniblər.

“Master  Coach”  qitə  miqyaslı  turnirlərdə  yarışan  milli  komandalar  və  klubların  çalışdırıcıları  üçün  vacib  lisenziya  sayılır.  Sözügedən  kursları  müvəffəqiyyətlə  bitirən  məşqçilərə   həmçinin  “EHF  PRO”  lisenziyası  da  verilir  ki,  bu  da  qarşıdakı  iki  il  ərzində  mütəxəssislərin  komandaları  beynəlxlaq  arenalara  çıxarması  üçün  əhəmiyyətlidir.  Sonradan  həmin  müddət  daha  iki  il  artırıla  bilər.

Qeyd  edək  ki,  Fuad  Yangildin    artıq  4  ildir  ki,  “Azəryol”  komandasının  uğurları  üçün  çalışır.

 

   

Digər Xəbərlər

Ümummilli Lider Heydər Əliyevi dərin hörmətlə anırıq!

86 10.05.2026

Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

2396 06.01.2024

Qadın həndbolçuların ölkə çempionatında VII turdan sonra turnir cədvəli

185 19.02.2026

Azərbaycan çempionatı, VII tur: “Qarabağ”- “Kür” 28:30 (15:14)

1780 07.12.2024

Həndbolçularımız Ukraynada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

2624 10.04.2017

Həndbol ictimaiyyətinə ağır itki üz verib

3204 27.09.2019

Beynəlxalq turnirin avqustun 31-nə nəzərdə tutulan oyun cədvəli

1750 30.08.2024

Qadın həndbolçuların ölkə çempionatında X turdan sonra turnir cədvəli

162 14.03.2026