Həndbolçularımız açıq havada məşqləri davam etdirirlər

20.10.2020
1994
Paylaş:

Koronavirus  pandemiyası  ilə  əlaqədar  qapalı  idman  qurğularında  məşqlərə  və  yarışlara  qadağa  tətbiq  olunduğundan  idmançılar  açıq  məkanlarda  hazırlığı  davam  etdirirlər.

Bu  səbəbdən  həndbol  üzrə  ölkə  çempionatlarına  da  hələ  ki,  start  verilməyib.  Komandalarımız  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  stadionunda  yeni  mövsümə  hazırlıq  prosesi  keçirlər.

Sentyabr  ayından  başlanan  məşqlərdə  8  komanda  iştirak  edir.  Qadınlardan  ibarət  “Azəryol”,  “Azərsu”,  “Qarabağ”  və  “İdman  Akademiyası”,  kişilərdən  ibarət  “Məhsul”,  “Təhsil”,  “Bakı”  və  U-18  komandaları  həftədə  bir  neçə  dəfə  olmaqla  məşqə  çıxırlar.  Məqsəd  ölkə  çempionatının  startınadək  idmançıların  fiziki  bacarıqlarının  lazımı  səviyyəyə  çatdırılmasıdır.

İşğal  altında  olan  torpaqlarımız  uğrunda  gedən  Vətən  müharibəsində  ordumuzun  qazandığı  qələbələr,  bütün  idman  ictimaiyyəti  kimi  həndbolçularımızı  da  ruhlandırıb.  Onlar  da,  müzəffər  Azərbaycan  ordusuna  dəstəklərini  ifadə  ediblər.

Qarabağ  bizimdir,  Qarabağ  Azərbaycandır!

 

Digər Xəbərlər

Favoritlərin növbəti qələbəsi

1473 25.11.2019

Azərbaycan çempionatında XI turun təqvimi

928 16.02.2024

Həndbol komandalarımızın sonuncu təlim-məşq toplanışı başlanıb

1398 20.04.2017

Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı federasiyası seçilib

1519 20.12.2017

"Məhsul" növbəti qələbəsini qazanıb

1338 14.01.2018

1/2 final: “Astana” (Qazaxıstan) - Özbəkistan millisi 35:36

501 31.08.2024

Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri

1337 19.11.2023

Azərbaycan çempionatı: II turun son oyunu

696 22.09.2024