"Azəryol" çempionluğa doğru inamla irəliləyir

12.03.2020
2249
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  mübarizəninqızğın  çağıdır.  Yarışın  14-cü  turunda  diqqətlər  əsasən  “Azəryol”  –  “Qarabağ”  matçına  yönəlmişdi.  Liderlə  4  xallıq  fərqi  azaltmaqniyyətində  olan  “Qarabağ”  meydançaya  qələbə  əzmi  ilə  çıxsa  da,  istəyi  ilə  imkanları  üst-üstə  düşməyib.  Daha  yaxşı  oyun  nümayişetdirən  “Azəryol”  rəqibi  üzərində  inamlı  qələbə  qazanıb  –  33:23.
Günün  ikici  oyunu  da  gərgin  mübarizə  şəraitində  keçib.  Autsayder“Idman  Akademiyası”  komandası  bu  dəfə  “Azərsu”  ilə  oyundaazarkeşlərini  sevindirmək  əzmində  idi.  Rəqibin  ciddimüqavimətinə  rəğmən,  “Azərsu”  oyunu  qələbə  ilə  bitirməyibacarıb  –  32:29.
14  oyundan  26  xal  toplayan  “Azəryol”un  liderliyi  davam  edir.  Onunən  yaxın  izləyicisi  “Qarabağ”  artıq  6  xal  geridədir.  3-cü  pillədəqərarlaşan  “Azərsu”nun  aktivində  10  xal  var.  Hələ  də  xal  qazanabilməyən  “İdman  Akademiyası”  çempionatın  aşkar  autsayderidir.
Martın  18-nə  təyin  olunan  15-ci  turun  oyunlarında  “Qarabağ”  –  “Azərsu”  ilə,  “Azəryol”  isə  “İdman  Akademiyası”  ilə  üz-üzəgələcək.
  
 

Digər Xəbərlər

“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

1595 20.04.2024

Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

1658 24.05.2024

Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

103 04.12.2025

Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyun cədvəli

1658 23.05.2024

Hər iki hissədə bərabərlik

1045 13.04.2025

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

207 09.11.2025

Millimiz Dünya çempionatına qatılacaq

2176 24.04.2023

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulur

1067 01.09.2025