Kişi həndbolçuların ölkə kuboku turnirində qrup mərhələsinə yekun vurulub. Son oyun günündə əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Bu görüşdə yarışın əsas favoritinin autsayder üzərində asan qələbə çalacağı gözlənilsə də, "Məhsul” yüksək əzmkarlıq göstərən rəqibin müqavimətini çətinliklə qırıb. Gərgin mübarizə şəraitində keçən oyun 25:22 hesabı ilə nəticələnib.
Günün ikinci qarşılaşması haqqında da eyni fikirləri səsləndirmək olar. “Təhsil”lə oyuna favorit qismində çıxan “Bakı” qarşıya qoyulan tapşırığı yerinə yetirib. Lakin qələbənin heç də asan başa gəldiyini söyləmək olmaz. “Bakı” komandası rəqibi cəmi 4 xal fərqi ilə üstələməyi bacarıb – 29:25.
Qrup oyunlarının nəticələrinə əsasən, “Məhsul” mərhələni ilk pillədə başa vurub. “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-18 4-cü yerdə qərarlaşıb.
Aprel ayında keçiriləcək yarımfinal oyunlarında “Məhsul” U-18 komandası ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.
Azərbaycan kubokunun sahibi mayda müəyyənləşəcək.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Həndbol üzrə XXIX Azərbaycan kubokuna start verilir
1390
09.05.2023
Həndbolçu qızlar beynəlxalq turnirdə daha bir oyuna çıxıblar
1411
09.02.2018
Həndbol klublarımız Avropa kubokunda mübarizəyə başlayır
577
04.10.2024
Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41
1234
12.08.2023
“Azərsu” – “Nur” matçı gərgin mübarizə şəraitində keçib
1306
03.03.2018
Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)
376
01.12.2024
U18 Avropa çempionatı: Kosovo - Azərbaycan 44:27
588
16.08.2024
Azərbaycan çempionatında növbəti turun oyun cədvəli
1167
21.12.2023