Kişi həndbolçuların Azərbaycan kuboku turniri davam edir. Yarışın əsas favoriti sayılan “Məhsul” bu tur “Bakı” komandası ilə qarşılaşıb. Kubok mübarizəsinə qələbə ilə başlayan rəqiblərin oyunu böyük maraqla gözlənilirdi. Bu görüş qrup liderini müəyyənləşdirmək baxımından həlledici xarakter daşıyırdı. Rəqibin ciddi müqavimətinə rəğmən, oyunu qələbə ilə bitirən “Məhsul” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 32:29.
Günün digər matçında meydançaya “Təhsil” və U-18 komandaları çıxıblar. Startı uğursuz alınan rəqiblərin növbəti görüşündə birincilərin qələbəsinə inananlar yanılmayıblar. “Təhsil”in üstünlüyü şəraitində keçən qarşılaşma 36:17 hesabı ilə başa çatıb.
Yanvarın 25-də keçiriləcək “Məhsul” – U-18 və “Təhsil” – “Bakı” görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.
Sabah isə qadınlardan ibarət komandalar ikinci oyunlarını keçirəcəklər.
“ABU Arena”nın meydançasında “Azəryol” “Qarabağ”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Mingəçevir zona yarışlarının qalibi olub
1510
24.03.2025
Zəfər Gününə həsr olunmuş zona yarışı başa çatıb
2387
08.11.2022
Liderlər qrupunun komandaları 7-ci turda üz-üzə gəlir
188
13.02.2026
"Qarabağ" favorit üzərində qələbə qazandı
2705
16.10.2019
“Azəryol” gərgin mübarizədən qalib ayrıldı
1927
23.03.2024
Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər
2570
01.05.2017
“Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda turnirdə ilk oyununa çıxıb
2702
13.10.2018
Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar
2678
13.04.2017