Çempionluq mübarizəsini davam etdirən kişi həndbolçulardan ibarət “Qarabağ” və “Bakı” komandaları ölkə çempionatının 7-ci turunda üz-üzə gələcək. Yarış cədvəlinin lideri olan “Qarabağ” qələbə qazanacağı halda ən yaxın izləyicisi olan “Bakı”dan bir qədər də aralanacaq. “Bakı” isə rəqibini məğlub edərək liderlə xal sayını eyniləşdirməyə çalışacaq. Bu komandaların gərgin və maraqlı mübarizə vəd edən qarşılaşması fevralın 14-ü saat 12:00-da başlayacaq.
Qadınların turnirində də fəxri mükafat uğrunda yarış həlledici mərhələyə qədəm qoyur. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Kür” bu mövsüm artıq bir dəfə məğlub etdiyi “Azəryol”la Bakıda qarşılaşacaq. Son çempion “Azəryol” qalib gəlməklə həm xalların sayında rəqibinə çatmaq, həm də Mingəçevirdəki məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Əks halda “Kür” fəxri mükafat uğrunda daha bir inamlı addım atacaq. Maraqla gözlənilən bu matç fevralın 14-ü saat 16:00-a təyin olunub.
“AHF Arena” İdman Kompleksində keçiriləcək hər iki qarşılaşma Azərbaycan Həndbol Federasiyasının “YouTube” kanalında canlı yayımlanacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Hakimlərimiz Avropa Kubokunda
1528
25.11.2024
IX turun ilk oyun gününün nəticələri
2604
31.01.2024
Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər
2718
07.02.2017
Çingiz Əzimov: “Bakı”nın gənc həndbolçuları yaxın gələcəkdə əsas komandalarda çıxış edəcəklər
567
13.10.2025
Ölkə çempionatı: X turun nəticələri
225
11.03.2026
Həndbolçularımızın Krasnodar sınaqları davam edir
2819
08.02.2018
Ölkə çempionatı: "Azəryol"-"İdman Akademiyası" 48:21 (23:11)
323
24.01.2026
Lənkəranda həndbol üzrə rayon birinciliyinə start verilib
289
05.02.2026